Şirkət haqqında
Mebello – ev üçün mebel və aksesuarların satışının həyata keçirildiyi internet mağazadır. Əlavə olaraq home-ofis məntiqində yaşayış yerləri və iş yerləri üçün də ofis mebellərinin satışı həyata keçirilir.
Niyə Biz?
Niyə biz sualına birbaşa cavab vermək asan deyil. Amma biz bu suala sizin probləmləriniz nöqteyi nəzərdən cavab verməyə çalışacağıq.
Müştəri tərəfdən:
- vaxta və pulunuza qənaət. Siz mebel və ev aksesuarı almaq üçün davamlı olaraq mağazalar gəzməlisiniz və sizə uyğun təklifləri araşdırmalısınız. Bunun üçün siz kifayət qədər enerji və vaxt sərf etməlisiniz. Daha uyğun qiymətə olan malları davamlı müqayisə etməlisiniz. Bizim sayt vasitəsi ilə isə siz müxtəlif istehsalçıları və malları rahat seçə bilərsiniz, müxtəlif kriteriyalar üzrə onları müqayisə edə bilərsiniz, və sizə uyğun qiymətdə və şərtdə olanları əldə edirsiniz.
- geniş və rahat seçim. Alış üçün mağazalara getdikdə siz hər bir çeşid haqqında detallı məlumat almalısınız, onun texniki tərəfləri ilə tanış olmalısınız. Bu isə sizə rahat seçimə imkan vermir, bəzən yorulub xaotik qərar verə bilərsiniz və ürəyinizcə olmayan malı ala bilərsiniz. Saytımızda isə istənilən kateqoriyaya uyğun geniş mal çeşidi ilə tanış olub rahat şəkildə onlar haqqında məlumat ala bilərsiniz. Bir mağazaya da bir neçə dəfədə getməyə ehtiyacınız yoxdur.
- "vahid pəncərə" xidməti. Siz alış zamanı müxtəlif xidmətlərdən istifadə edə bilərsiniz. Məsələn mal seçimi üçün mağaza-mağaza dolaşmalısınız, taksitli satış üçün banka və ya digər maliyyə təşkilatına getməlisiniz, orda gözləməlisiniz, çatdırma və quraşdırma üçün ayrıca xidmət göstərən tapmalısınız. Saytımızda isə həddən çox xidmətlər mövcuddur. Mal seçimi, taksitli almaq üçün müraciət imkanı, malın çatdırılması və quraşdırılması kimi əsas xidmətlər bir pəncərədə həyata keçirilir.
- etibarlılıq və inam. Siz malı və xidməti seçərkən kənar ekspertlərin iştirakını qarşıya çıxa biləcək problemləri aradan qaldırmaq üçün arzu edirsiniz. Bəzən bunun üçün yaxın dostlara müraciət edirsiniz, lakin bu çox zaman effektiv olmur. Çünki ya onlar həqiqi mənada ekspert deyillər ya daki sadəcə buna vaxt sərf etmirlər. Bizim əməkdaşlar isə sizin seçiminizdə və qərarlarınızda bir 3 cü tərəf kimi çıxış edirlər və hər şeyə ekspert yanaşırlar. Biz müştəri və satıcı arasında hər zaman obyektiv olmağa çalışırıq və müştərinin seçimində maksimum düzgünlüyü və şəffaflığı təmin etməyə çalışırıq.
Tərəfdaş (satıcı və ya istehsalçı) tərəfdən:
- vəsaitə qənaət. İstənilən tərəfdaş sayt vasitəsi ilə geniş müştəri kütləsinə az vəsaitlə sərf etməklə ğz təklifini verə bilər.
- geniş təklif. Tərəfdaşlarımız geniş əhali kütləsinə qısa müddətdə müxtəlif növ kampaniya, endirim və hədiyyə aksiyası barədə məlumat verə bilər.
- sürətli geri dönüş. Tərəfdaş müştərilər mal satır, kampaniya keçirir amma çox az sayda və gec müddətdə onlar haqqında geri dönüş ala bilir, bu isə onlara etdiklərinin doğru olub-olmaması barədə qərar verməyə imkan vermir. Bizim saytda istənilən malın satışı və həyata keçirilən kampaniya barədə tərəfdaş sürətli məlumat ala bilər və ona görə ani bir müddətdə yeni və düzgün qərar verə bilər.
QƏNAƏTLİ VƏ RAHAT SEÇİM sloqanı ilə hər zaman xidmətinizdəyik !
Yüksək səviyyədə müştəri xidməti!
Bizim komanda - sizin dostunuz və məsləhətçibizdir. Onlar sizə istənilən malın seçilməsində maksimum rahatlıq təmin edəcəklər, düzgün xidmətdən istifadədə ən yaxın dostunuz olacaqlar. İstənilən suallara qısa müddətdə online də daxil olmaqla müxtəlif vasitələrlər cavab verəcəklər.
Müştərilərin alış və davranışlarını analiz edərək onlar üçün fərdi təkliflər hazırlanır. Bizim üçün əsas olan müştəri münasibətləri
- Sualları sürətli və keyifyyətli şəkildə cavablandırmaq
- Müştəriyə ən uyğun təklif sistemi hazırlamaq
- Müştərilərlə uzunmüddətli əlaqələr qurmaq
- Onların vaxtına və enerjisinə qənaət etmək
- Mal seçimində maksimum rahatlığı təmin etmək
- Ödəniş üçün mümkün bütün alternativləri təqdim etmək
- Çatdırma və quraşdırmada sürət, keyfiyyət və səliqəliyiyi əsas götürmək
Mal və xidmətlərə kompleks yanaşma
Malın alışı ilk başda sadə bir proses kimi görünür. Lakin malın alınması özü gərgin bir iş ardıcıllığını əhatə edir, məsələn malı 10-cu mərtəbəyə qaldırmaq, düzgün və səliqəli quraşdırmaq və digər. Bizim saytda bütün bu xidmətlər ardıcıl şəkildə qurulub və peşəkar şəkildə tətbiq edilibdir. Sizə isə ancaq malın seçilməsi və rəsmləşdirilməsi lazımdır. Qalan prosesləri biz sizin yerinizə icra edəcəyik. Bütün üçün bütün növ xidmətləri özündə əhatə edən kompleks yanaşmanı sizə təqdim edirik:
- Sayt vasitəsi ilə malın sürətli axtarılması, filtrlənməsi, seçilməsi;
- Sifarişlərin sürətli rəsmləşdirilməsi;
- Lazım olduqda taksitli satış xidmətindən istifadə və müraciət;
- Malın 24 saat ərzində çatdırılması və lazım olduqda quraşdırılması;
- Malın dəyişdirmə və geri qaytarma xidməti.
Biz çalışırıq ki, siz alış verişdən zövq alasınız. Çünki hər bir alış bir xəyal və arzu ilə ilə bağlıdır. Və bu arzunun reallaşması sizin ailənizin sevincidir. Komandamız hər zaman çalışır ki, bu arzu və xəyallar nə alış anında, nə də sonrakı istifadə zamanı məyusluqla müşayət olunmasın və siz hər zaman xoş arzularla alış verişinizə davam edəsiniz !