Ödəniş şərtləri
Malın və xidmətin alınmasında vacib məqamlardan biri ödəniş şərtlərinin uyğun olmasıdır. Sizlərə istəyinizə və tələblərinizə uyğun ödəniş şərtləri təklif edilir:
Nağd ödəniş
Nağd ödənişi müxtəlif üsullarla həyata keçirmək olar:
1. Birbaşa kuryerə nağd ödəniş. Malın sizə çatdırılması zamanı, malı təhvil alırsınız, sənədlərə imza atırsınız və kuryerə nağd vəsait ödəyib çeki alırsınız.
2. Ödənişi Azərpoçt vasitəsi ilə ödəmək. Siz Azərpoçtun istənilən ofisinə yaxınlaşırsınız, Mebello MMC-nin rekvizitlərini və özünüz haqqında məlumatları Nümunədə qeyd edilən şəkildə dolduraraq ödənişi həyata keçirirsiniz. Malın quraşdırılmasından sonra isə yenidən təhvil sənədlərini imzalayaraq malı ödəniş sənədini kuryerə verirsiniz.
3. Ödəniş terminallarına vasitəsi ilə ödəmək. İstənilən ödəniş terminalına yaxınlaşırsınız və Mebello seçib orda Mebello MMC-yə aid rekvizitlərini və özünüz haqqında məlumatları Nümunədə qeyd edilən şəkildə dolduraraq ödənişi həyata keçirirsiniz. Malın quraşdırılmasından sonra isə yenidən təhvil sənədlərini imzalayaraq malı ödəniş sənədini kuryerə verirsiniz.
4. Tərəfdaşımız olan mağazalar vasitəsi ilə ödəmək. Mebello MMC-nin tərəfdaşı olan mağazaya yaxınlaşaraq xüsusi Blankı doldurursunuz və ödənişi həyata keçirirsiniz.
Nağdsız qaydada ödəniş
Siz saytda səbətə malları yığdıqdan sonra kart vasitəsi ilə ödənişi həyata keçirə bilərsiniz. Master və Visa Card aid istənilən növ kart ödənişini qəbul edirik. Kartınızın hansı banka aid olması ödəniş üçün məhdudiyyət kəsb etmir.
Elektron sistemlər
Ödəniş üçün müxtəlif ödəniş sistemlərindən istifadə edə bilərsiniz:- Hesab.az;
- Asanpay.