Mallara zəmanət
Zəmanət müddəti – elə bir müddətdirki, bu müddət ərzində müştəri çatışmamazlıqları müəyyən etdiyi zaman onun ardan qaldırılmasını tələb edə bilər. Əgər satıcı və ya istehsalçı bu problemin müştəridən qaynaqlı olmamasını isbat edə bilmirsə o zaman həmin çatışmamazlıqları aradan qaldırılmalıdır.
Malların zəmanəti nə vaxtdan başlayır?
- malın müştəriyə təhvil verilməsində dərhal sonra, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa;
- alış tarixini dəqiq müəyyən etmək mümkün deyilsə, o zaman malın istehsala verildiyi tarixdən hesablanır (Bu hal adətən sifarişli malların istehsalı zamanı olur);
- internet-mağaza üzərindən sifariş zamanı zəmanət müddəti malın çatdırma tarixindən başlayır.
Zəmanət daxili xidmətlər aiddir:
- çatışmamazlıqların səlahiyyətli xidmət mərkəzlərində aradan qaldırmaq;
- malın analoji malla əlavə ödəniş olmadan dəyişdirmək;
- malın əlavə ödənişlə oxşar malla dəyişdirilməsi;
- malın geri qaytarılması və müştəriyə pul vəsaitinin geri verilməsi.
Malların dəyişdirilməsi və geri qaytarılması qaydaları:
Uyğun keyfiyyətli malların dəyişdirilməsi və qaytarılması
Qanunvericilik nəzərdə tutulan şərtlərlə və müddətdə müştəri malı geri qaytara bilər. Malın geri qaytarılması aşağıdakı şəkildə həyata keçirilməlidir:
- mal istifadə edilməyib və öz görünüşünü itirməyib, mal orijinal qablaşdırmadadır və qabın üzərində olan bütün işarələr pozulmayıb, və malın təhvil alınmasını təsdiq edən sənədlər mövcuddur;
- mal müştərinin ucbatından yararsız hala düşübsə və ya qablaşdırması zədələnibsə o zaman geri qaytarılmır.
Müştəri uyğun keyfiyyətdə olan malı qanunvericilikdə nəzərdə tutulan digər malla dəyişdirə bilər. Bunun üçün əlavə ödəniş (qiymət arasındakı fərq) tələb edilə bilər.
Uyğunsuz malların dəyişdirilməsi və qaytarılması
Əgər müştəri malda hər hansı bir nöqsan müəyyən edibsə o zaman onun dəyişdirilməsini tələb edə bilər. Malın dəyişdirilməsi sənədləşmədən sonra 7 iş günü ərzində həyata keçirilir. Əgər müştərinin nöqsanında hər hansı bir mübahisə halı varsa o zaman ekspert təyin edilir, problem aydınlaşdırılır və malın dəyişdirlməsi həyata keçirilir. Bütün bu müddətə müştəri tərəfdən hər hansı bir etiraz edilməzsə 20 iş günü sərf edilir. Sifarişli malların dəyişdirilməsi prosesinə istehsal müddəti də aid edilir.
Uyğunsuz malların dəyişdirilməsi üçün müştəriyə eyni mal, olmasa isə analoji və ya oxşar mal təklif edilir. Əgər aradakı fərq varsa o müştəridən tələb edilir. Əgər müştəri analoji və ya uyğun mala razı deyilsə o zaman mal geri qaytarılır.
Pul vəsaitlərinin geri qaytarılması
Pul vəsaitinin geri qaytarılması müştərinin ödəniş etdiyi növdə həyata keçirilir. Əgər nağd şəkildə qaytarmda problem olarsa o zaman bu vəsait nağdsız qaydada icar edilir.
Malın geri qaytarılmasından sonra pul vəsaitinin geri qaytarma sənədi tərtib edilir və 10 iş günü ərzində həmin vəsait müştəriyə geri ödənilir.