Oferta
Malların satışı haqqında ictimai oferta müqaviləsi
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bundan sonra “Satıcı“ adlanacaq “Mebello” MMC Satıcının rəsmi internet-saytında www.mebello.az təqdim edilmiş nümunələr üzrə malların satışı haqqında İctimai oferta dərc edir.
1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408 maddəsinə müvafiq olaraq, hazırkı sənəd ictimai ofertadır, və aşağıda ifadə edilmiş şərtlər qəbul edildiyi halda, bu ofertanın akseptini icra edən fiziki şəxs, Satıcının Malını hazırkı Müqavilənin şərtlərinə müvafiq olaraq ödənişini həyata keçirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bəndinə müvafiq olaraq, Satıcının Malı ödəməsi ofertanın akseptidir, bu da Müqavilənin ofertada ifadə edilmiş şərtlərlə bağlanmasına bərabər hesab olunur.
1.3. Yuxarıda ifadə olunanlara əsasən, ictimai ofertanın mətni ilə diqqətlə tanış olun, və ofertanın hər hansı bəndi ilə razı olmadığınız halda, Sizə Satıcının təqdim etdiyi Malları almaqdan və ya Xidmətləri istifadə etməkdən imtina etmək təklif olunacaq.
1.4. Kontekst başqa şey tələb etmədikdə, hazırkı ofertada aşağıda verilən terminlərin mənası aşağıdakı kimidir:
- “Oferta” – Satıcı tərəfindən istənilən fiziki şəxsə (vətəndaşa) ünvanlanmış onunla alqı-satqı müqaviləsini (bundan sonra – “Müqavilə”), bütün əlavələri daxil olmaqla və Müqavilədə olan mövcud şərtlərlə bağlamaq üçün ictimai təklif;
- “Alıcı” – malları yalnız fərdi, ailə, ev və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan ehtiyaclar üçün sifariş etmək və ya əldə etmək niyyətində olan və yaxud sifariş edən, əldə edən və ya istifadə edən vətəndaş;
- “Satıcı” – malların məsafədən satışını həyata keçirən təşkilat/hüquqi şəxs;
- “Aksept” – Satıcının Müqavilə şərtlərini tam və şərtsiz qəbul etməsi;
- “Mal” - www.mebello.az rəsmi internet-saytında olan çeşid adlarının siyahısı;
- “Sifariş” – ərizənin internet-saytda və ya internet mağazasının meneceri vasitəsilə tərtibatı zamanı Satıcı tərəfindən göstərilmiş Malın çeşid siyahısından ayrı-ayrı pozisiyalar;
- “İnternet mağazasının meneceri” – Alıcıya Malın ilkin sifarişinin tərtib edilməsi üzrə informasiya-konsultasiya xidmətlərini təqdim edən təşkilat əməkdaşı;
2. MÜQAVİLƏNİN PREDMETİ
2.1. Satıcı, həm müqavilə bağlanan anda özündə olan çeşidli məişət mebeli, o cümlədən qablaşdırma yerlərindən ibarət dəstləri və qarniturları sökülmüş şəkildə, ayrı-ayrı qablaşdırma məmulatlarını, kənar istehsalçıların yanaşı məhsullarını və s., həm də Alıcının fərdi tələbləri nəzərə alınmaqla Satıcı tərəfindən gələcəkdə yaradılacaq və ya əldə ediləcək malları Satıcının internet-saytında və www.mebello.az kataloqunda preyskuranta müvafiq olaraq satır, Alıcı isə ödənişi aparır və Malı hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq qəbul edir.
2.2. Satıcı “Malı” Alıcının mülkiyyətinə verir, Alıcı isə “Malı” İnternet şəbəkəsi ilə sifarişə uyğun olan kəmiyyətdə, keyfiyyətdə, çeşiddə və şərtlərlə qəbul edir və müəyyən edilmiş müddətdə ödəyir.
2.3. Satıcı aşağıdakı hallarda hazırkı Müqaviləni bağladığı andan 5 (beş) iş günü ərzində onu yerinə yetirməkdən imtina edə bilər (hazırkı Müqaviləyə xitam verə bilər):
- səhv göstərilmiş artikullar, xarakteristikalar, malın buklet, kataloq, vərəqələrdə qiymətlər səbəbindən, hansı ki, müqavilənin bağlandığı an üçün etibarsızdır;
- Alıcının malların ölçülərini, miqdarını səhv göstərməsi səbəbindən;
- malın istehsalının texniki və texnoloji cəhətdən mümkünsüzlüyü, o cümlədən istehsal üçün xammal və materialların olmaması səbəbindən.
Bu halda Satıcı yuxarıda göstərilən müddət bitənədək Alıcıya xəbərdarlıq edərək, müqaviləyə dəyişikliklər etməyi təklif etməlidir. Alıcı Satıcının təkliflərdən imtina edirsə, Alıcının daxil etdiyi bütün ilkin ödəniş ona Satıcının Alıcıya müraciət etdiyi andan 3 (üç) bank günü ərzində qaytarılmalıdır.
2.4. Hazırkı Müqavilə və ona olan əlavələr Satıcının rəsmi sənədləridir və ofertanın ayrılmaz hissəsidir.
3. SİFARİŞİN RƏSMİLƏŞDİRİLMƏSİ
3.1. Malın Sifarişi Alıcı tərəfindən internet mağazasının meneceri vasitəsilə 050- 2xx-46-46 telefon nömrəsi ilə həyata keçirilir. Satıcının malını sifariş edərkən Alıcı özü haqda aşağıdakı qeydiyyat informasiyasını təqdim etməyi öhdəsinə götürür:
- soyadı, adı, atasının adı _________________________________________
- elektron poçt ünvanı __________________________________________________
- əlaqə nömrəsi ______________________________________________________
- Malın çatdırılması və yığılması üzrə xidmətlərin rəsmiləşdirilməsi zamanı yükün boşaltma ünvanı (çatdırılma yeri)_________________________________________________________________________
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 11 May 2010-ci il tarixli 998-IIIQ №-li qanunun maddələrinə müvafiq olaraq Alıcı, Satıcıya bağlanmış alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsi, əldə edilmiş malların çatdırılması və yığılması üzrə xidmətlərin tərtib edilməsi və həyata keçirilməsi, informasiya və reklam bildirişlərinin (SMS, elektron poçt, telefon, digər rabitə vasitələri ilə) yayılması, əks-əlaqənin alınması məqsədilə fərdi məlumatların toplanması, yazılması, sistemləşdirilməsi, yığılması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə edilməsi, ötürülməsi (yayılması, təqdim edilməsi, açılması), fərdsizləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi daxil olmaqla, fərdi məlumatların emalına, o cümlədən, avtomatlaşdırma vasitələrinin istifadəsi ilə və ya belə vasitələri istifadə etmədən emal edilməsinə razılıq verir. Hazırkı razılıq müqavilə bağlandığı andan qüvvəyə minir və Alıcı tərəfindən qeyri-müəyyən müddətə təqdim olunub.
Hazırkı razılıq Satıcının hüquqi ünvanına yazılı tələb göndərmək və ya belə tələbi Satıcının elektron poçt ünvanına MS Word, MS Excel, PDF formatında göndərmək yolu ilə Alıcı tərəfindən istənilən vaxt geri çəkilə bilər.
3.2. Sifariş internet mağazasının meneceri vasitəsilə rəsmiləşdirilərkən Alıcı hazırkı Müqavilənin 3.1. bəndində göstərilən informasiyanı təqdim etməyi öhdəsinə götürür. Alıcının hazırkı Müqavilənin şərtlərini qəbul etməsi Sifarişin internet mağazanın meneceri vasitəsilə rəsmiləşdirilməsi zamanı Alıcı tərəfindən qeydiyyat formasına müvafiq məlumatların daxil edilməsi vasitəsilə həyata keçirilir. Alıcı özü haqda qeydiyyat informasiyasını redaktə etmək hüququna malikdir. İnternet mağazanın meneceri Alıcının razılığı olmadan onun haqqında qeydiyyat informasiyanı dəyişdirə və redaktə edə bilməz. Satıcı Alıcının www.mebello.az saytda qeydiyyatdan keçdikdə və Sifarişi rəsmiləşdirdikdə göstərdiyi məlumatları Sifarişin icrasına aidiyyəti olmayan şəxslərə bildirməməyi öhdəsinə götürür. Sifariş internet mağazasının meneceri vasitəsilə rəsmiləşdirildikdən sonra Alıcı sifarişin unikal eyniləşdirmə nömrəsini alır. Seçilmiş Malın Sifarişini təsdiq etdikdən sonra, Alıcı internet mağazasının menecerinə hazırkı Müqavilənin 3.1. bəndində göstərilən qaydaya uyğun lazımi informasiyanı təqdim edir.
3.3. Satıcı və internet mağazanın meneceri Satıcının Sifarişi rəsmiləşdirərkən təqdim etdiyi informasiyanın məzmununa və doğruluğuna görə məsuliyyət daşımır.
3.4. Alıcı Sifarişi rəsmiləşdirərkən təqdim etdiyi informasiyanın doğruluğuna görə məsuliyyət daşıyır.
3.5. Alıcının internet-saytda rəsmiləşdirilmiş Sifarişi ödəməsi Alıcının hazırkı Müqavilənin şərtləri ilə razılaşması deməkdir. Sifarişin ödəniş tarixi Alıcı və Satıcı arasında Alqı-satqı Müqaviləsinin bağlanması tarixidir.
4. SİFARİŞİN İCRA MÜDDƏTİ
4.1 Satıcı Malı Müqavilənin bağlandığı anda artıq Satıcıda olan və qabaqcadan ödənilmiş Mal üzrə Alıcıdan pul vəsaitlərinin Malın tam ödənişi həcmində Satıcının hesablaşma hesabına daxil olduğu gündən 21 iş günü ərzində təhvil verməyi, Alıcı isə qəbul etməyi öhdəsinə götürür.
Satıcı hazırkı Müqavilənin bağlandığı an mövcud Mal olduğu halda, Alıcıya onun təhvili müddətini qısaltmağı təklif etmək hüququnu özündə saxlayır. Şirkət, fors-major hadisələr, malların ayrı-ayrı kompozisiyalarına mövsümi yüksək tələbat ilə bağlı hallarda, malın təhvil verilməsini 45 iş gününə qədər olan müddətə həyata keçirmək hüququnu özündə saxlayır.
4.2. Mal, Tərəflər Mal qaiməsini, nəqliyyat qaiməsini imzaladığı anda Satıcı tərəfindən təhvil verilmiş və Alıcı və ya onun rəsmi nümayəndəsi tərəfindən təslim alınmış hesab edilir. Satıcının Malı Alıcıya təhvil vermək vəzifəsi Tərəflər mal qaiməsini imzaladığı an icra edilmiş hesab olunur.
4.3. Mala olan mülkiyyət hüququ Tərəflər mal qaiməsini imzaladığı an Alıcıya keçir.
Malın Alıcıya təhvil verilməsi vaxtı, eyni zamanda Satıcı Malın qablaşmalarından birinə aşağıdakı sənədləri qoyaraq Alıcının saxlamalı və ehtiyac olduqda yerinə yetirməli olduğu informasiyanı ötürür:
- zəmanət müddəti, əgər təyin edilibsə;
- mallardan səmərəli və təhlükəsiz istifadə qaydaları və şərtləri;
- istismar müddəti, eləcə də göstərilən müddətlər bitdikdən sonra istehlakçının görməli olduğu tədbirlər və bu tədbirlər görülmədikdə mümkün nəticələr haqqında məlumatlar, əgər göstərilən müddətlər bitdikdən sonra mallar (işlər) istehlakçının həyatı, sağlamlığı və əmlakı üçün təhlükə təşkil edir və yaxud təyinatı üzrə istifadə üçün yararsız hala gəlir;
- istehsalçının ünvanı (yerləşdiyi yer), istehsalçının firma adı;
- Malın istismarı və yığılması üzrə təlimat.
Müqavilənin bağlandığı (malın ödənildiyi) anda Alıcı təsdiq edir ki, əldə olunan malların uyğunluğunun mütləq təsdiqi haqqında informasiya Alıcıya təqdim edilib və www.mebello.az rəsmi saytında “Alıcıya” “Məhsulların sertifikatları” bölməsində yerləşdirilib.
4.5. Malın təhvil yeri:
4.5.1. Malın daşınması Alıcı tərəfindən həyata keçirildikdə – Satıcının anbarı.
4.5.2. Malın çatdırılması Sifarişə əsasən Satıcı tərəfindən həyata keçirildikdə - Alıcının yaşayış yerində (fəaliyyət) boşaltma ünvanı.
4.6. İnternet mağazasının meneceri Alıcını Malın Satıcının anbarında olması barədə xəbərdar etdiyi andan 5 təqvim günü ərzində Malın Satıcının anbarında pulsuz saxlanması nəzərdə tutulub. Hər bir növbəti gün üçün Alıcı Malın vaxtında anbardan götürülməməsinə görə (Malın daşınması Alıcı tərəfindən həyata keçirildikdə) məsuliyyət daşıyır və hər bir gecikmə günü üçün Malın məbləğindən 0,5% həcmində cərimə ödəyir.
4.7. Mal Alıcıya qablaşdırılmış şəkildə təhvil verilir. Malı təslim alarkən Alıcı Malın qablaşmasının bütövlüyünü yoxlamalıdır. Əgər Mala şüşədən, güzgüdən hazırlanmış detallar, komplektləşdiricilər daxildirsə, Alıcı Malı təslim alarkən qablaşmanı açıb onların bütövlüyünü və keyfiyyətini yoxlamalıdır.
4.8. Zəmanət müddətində Alıcıya malın ödənilməsini təsdiq edən sənədləri, mal qaiməsini, Malın zavod qablaşdırması ilə etiketləri, Malın yığılması üzrə təlimatları, zəmanət talonunu saxlamaq tövsiyə olunur.
4.2. Sifariş Alıcıya təhvil verildiyi anda çatdırılmış hesab olunur. Malı qəbul edərək Alıcı Sifarişin icrasını təsdiqləyir.
4.9. Alıcı əlaqə məlumatlarını yanlış bildirdikdə, Satıcı Sifarişin lazımi qaydada icra edilməməsinə görə məsuliyyət daşımır.
4.10. Sifarişin çatdırılması Satıcının təqsiri üzündən lazımi qaydada icra edilmədiyi halda, Sifarişin təkrar çatdırılması pulsuz həyata keçirilir.
5. SİFARİŞİN ÖDƏNİŞİ
5.1. Alıcı Mala görə ödənişi Satıcının hazırkı Müqavilənin 9 bəndində göstərilən hesablaşma hesabına daxil edir və ya Malı Alıcıya çatdırdığı an Satıcının nümayəndəsinə ödəyir.
Alıcının Malın ödənməsi üzrə öhdəliyi pul vəsaitlərinin Satıcının hesablaşma hesabına daxil olduğu və ya Malın dəyərinin 100% (yüz faizi) həcmində kassa vasitəsilə ödəndiyi an icra edilmiş hesab olunur.
5.2. Malın hər bir pozisiyasının qiyməti internet mağazanın menecerindən öyrənilir.
6. SİFARİŞİN QAYTARILMASI
6.1. Tərəflərin hüquq və öhdəlikləri, eləcə də hazırkı müqavilə üzrə təhvil verilmiş Malın çatışmazlıqlarının aşkar edilməsi ilə əlaqədar Alıcının tələbləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə tənzimlənir.
6.2. Satın alınmış malın hər hansı çatışmazlıqları aşkar edildiyi halda, Alıcı Malı aldığı internet mağazasının direktorunun adına təsdiq edilmiş formaya əsasən yazılı ərizə tərtib edir və onu sales@mebello.az elektron ünvanına (məktubun həcmi 4 mb. keçməməlidir) göndərir.
6.3. Alıcının Satıcıya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin pozulması haqqında müraciətləri yazılı şəkildə tərtib edilməli Bakı şəhəri, Nərimanov Rayonu, Əhməd Rəcəbli küçəsi “Mebello” MMC ünvanına, sales@mebello.az elektron poçt ünvanına (məktubun həcmi 4 mb. keçməməlidir) göndərilməlidir.
6.4. Azərbaycan Respublikasının qanunlarına əsasən, lazımi keyfiyyətdə olan, lakin rəngi, ölçüsü, qabaritləri və görünüşü uyğun olmayan mal qaytarılmır.
6.5. “İstehlakçı hüquqlarının qorunması haqqında” qanuna müvafiq olaraq, Alıcı Sifariş icra edilən anadək sifariş edilmiş Maldan istənilən vaxt imtina edə bilər.
6.6. Əgər Mal yalnız onu əldə edən istehlakçı tərəfindən istifadə edilə biləcəksə, Alıcı müəyyən fərdi xüsusiyyətləri olan lazımi keyfiyyətdə olan maldan imtina etmək hüququna sahib deyil.
6.7. “İstehlakçı hüquqlarının qorunması haqqında” qanuna müvafiq olaraq Alıcının lazımi keyfiyyətdə olmayan Mala görə ödədiyi məbləğ müvafiq tələb irəli sürüldüyü andan 10 iş günü ərzində qaytarılmalıdır. Mal elektron ödənişlər sistemi vasitəsilə ödənildiyi halda, pul vəsaitlərinin qaytarılması Alıcının elektron hesabına 5 iş günü ərzində qaytarılır.
7. TƏRƏFLƏRİN HÜQUQLARI, ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTİ
7.1. Satıcı internet mağazanın meneceri vasitəsilə sifariş edilmiş malların Alıcı tərəfindən lazımi qaydada istifadə edilmədiyinə görə məsuliyyət daşımır.
7.2. Satıcı Sifarişlərin icrası üzrə hüquq və öhdəliklərini üçüncü şəxslərə ötürə bilər.
7.3. Satıcı Alıcıya olan telefon danışıqlarını yazmaq hüququna malikdir.
Satıcının öhdəlikləri:
- informasiya icazəsiz giriş və/və ya onun Sifarişlərin icrası ilə bilavasitə əlaqəsi olmayan şəxslərə ötürülməsi cəhdlərinin qarşısını almaq; bu cür faktları vaxtında aşkar etmək və qarşısını almaq. Telefon danışıqları
- internet mağazasının menecerinin fəaliyyətini yoxlamaq və Sifarişlərin icrasının keyfiyyətinə nəzarət etmək məqsədilə qeydə alınır.
7.4. Alıcı internet mağazasının meneceri vasitəsilə sifariş edilmiş malı sahibkarlıq məqsədilə istifadə etməməyi öhdəsinə götürür.
7.5. Sifarişə olan mülkiyyət hüququ, eləcə də onun təsadüfi itkisi və ya zədələnməsi riski Malı aldığı andan Alıcıya keçir.
8. DİGƏR ŞƏRTLƏR
8.1. Alıcıya Malın yığılması, quraşdırılması və çatdırılması üzrə əlavə xidmətlər təqdim edilməlidir. Göstərilən xidmətlər Malı Satıcıdan əldə etmək şərti ilə təqdim olunur.
8.2. Malın bütövlüyü və salamatlığı: şüşə və/və ya güzgüdən olan detallar və komplektləşdiricilər üzrə iradlar Mal birbaşa Alıcıya və ya onun rəsmi nümayəndəsinə təhvil verildikdən sonra qəbul olunmur.
8.3. Alıcının rəsmi nümayəndəsinin Malı Satıcıdan alması üçün ona etibarnamə verilməlidir.
8.4. Tərəflər razılaşır ki, Satıcının saytında təqdim edilmiş informasiya Alıcıya malın düzgün seçimini etmək üçün kifayətdir və bütövlükdə “İstehlakçı hüquqlarının qorunması” haqqında Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulan informasiya həcmini təşkil edir .
9. HÜQUQİ MƏLUMAT
Adı Kontragent haqqında məlumatlar
Mebello MMC
VÖEN :